Türkiyənin “Adana Dəmirspor” klubu yarımmüdafiəçisi Birkir Byarnasonla yollarını ayırıb. Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu azad agent kimi Norveçin “Vikinq” komandasına keçib.
İslandiya yığmasının üzvü yeni klubu ilə 2023-cü ilin 31 dekabrına kimi anlaşıb.
Byarnason 2021-ci ilin yayından “Adana Dəmirspor”da forma geyinirdi. O, bu komandada 45 oyuna 7 qol vurub.
Təcrübəli futbolçu peşəkar karyerasına məhz “Vikinq”də başlayıb. O, 2006-2011-ci illər aralığında bu klubda 105 oyuna 16 qol vurub. İslandiyalı futbolçu “Bodo Qlimt”, “Standard” (Lyej), “Peskara”, “Sampdoriya”, “Bazel”, “Aston Villa”, “Əl-Ərəbi”, “Breşiya” kimi klubların da formasını geyinib, millidə 113 oyuna 15 qol vurub.