İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Luk Şou ilə müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
İngiltərəli oyunçu 2014-cü ildən Mançester təmsilçisinin formasını geyinir.