Türkiyənin "Kasımpaşa" komandasının yeni baş məşqçisi bəlli olub. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisin "sükan"ı Kemal Özdeşə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Təcrübəli baş məşqçi bu vəzifədə Selçuk İnanı əvəzləyib.
Xatırladaq ki, K.Özdeş üçüncü dəfə "Kasımpaşa"nın sükanı arxasına keçir. O, daha əvvəl 2016-2018-ci illər aralığında və 2019-cu ildə İstanbul təmsilçisinə rəhbərlik edib.