Rusiyanın “Nijni Novqorod” komandasının baş məşqçi postunda dəyişiklik edilib. Corner.az xəbər verir ki, Artyom Qorlov bu gün baş məşqçi vəzifəsindən azad edilib.
Məlumatı klubun mətbuat xidməti yayıb. Premyer Liqa klubu artıq yeni baş məşqçisini də açıqlayıb. Komandanın baş məşqçi postu sonuncu iş yeri “Ximki” olan, vaxtilə Azərbaycanın "Simurq" komandasına da çalışdırmış Sergey Yurana həvalə olunub.
"Nijni Novqorod" Premyer Liqada 21 turdan sonra 19 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.