Lionel Messi PSJ-dən ayrılmağa qərar verib. Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna Paris təmsilçisinin ulduz futbolçu ortaq məxrəcə gələ bilməməs səbəb olub.
Bir müddət əvvəl tərəflər arasında yeni müqavilə ilə bağlı razılığın əldə oluna biləcəyi gözlənilirdi. 2022-ci il Dünya Kuboku zamanı Leonun atası Xorxe Messi və PSJ-nin prezidenti Nasser Əl-Xelayfi hücumçunun ən azı bir il klubda qalacağına razılıq vermişdilər.
Tərəflər arasında danışıqlar hələ də davam etdiyi, lakin buna baxmayaraq yeni müqavəlinin imzalanması şansının dünən Lion matçında azarkeşlər tərəfindən fitə basıldığı üçüb aşağı düşdüyü vurğulanıb.
Bu addım 35 yaşlı ulduzun “Barselona”ya qayıdacağına inamı daha da artırıb.
Messi 2021-ci ilin yayında azad agent kimi PSJ-yə keçib. Bu mövsüm klubda bütün turnirlərdə 33 oyunda 18 qol vurub və 17 məhsuldar ötürmə edib.