Bir neçə gün öncə Türkiyənin “Kayserispor” klubundan ayrılan Qustavo Kampanyaronun yeni klubu bəlli olub.
Corner.az xəbər verir ki, azad agent statusu daşıyan futbolçu Braziliyanın “İnternasional”a keçib. 30 yaşlı oyunçu yeni klub ilə 2024-cü ilin 31 dekabrına kimi müqavilə bağlayıb.
Braziliyalı oyunçu 2020-ci ildə Braziliyanın “Şapekoense” klubundan “Kayserispor”a transfer edilmişdi. O, Super Liqa təmsilçisində 90 oyun keçirib, 1 qol vurub. O, daha öncə “Yuventude”, “Braqantino”, “Verona”, “Evian” və “Ludoqorets”də oynayıb.