26 oktyabr 2024. Şənbə

Tanınmış mütəxəssisin oğlu Bazel'i çalışdıra bilər


  • Transfer
  • 21:16 04.04.2023
  • Oxunma sayı: 69
Tanınmış mütəxəssisin oğlu Bazel'i çalışdıra bilər

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti “Bazel”in "sükan"ı arxasına keçə bilər .
Corner.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, D.Ançelotti məşqçilik karyerasına başlamaq qərarına gəlib və müntəzəm olaraq UEFA Çempionlar Liqasında çıxış edən İsveçrə klubunu çalışdırmaq niyyətindədir.

"Bazel" hazırda "kral klubu"nda atasının köməkçisi vəzifəsində çalışan gənc məşqçi ilə bağlı qərarını yaxın günlərdə açıqlayacağı gözlənilir.

Cari mövsüm Davidenin İngiltərənin “Everton” klubunu çalışdırmaq imkanı olsa da, bundan yararlanmayıb.







Transfer