“Trabzonspor”a yenicə baş məşqçi təyin olunan Orhan Ak istefa verib. Corner.az xəbər verir ki, o, Türkiyə kubokunun 1/4 final mərhələsində baş tutan “Ankaragücü” ilə oyundan sonra postundan ayrıldığını açıqlayıb.
Buna Trabzon təmsilçisinin 1:3 hesablı məğlubiyyətlə üzləşərək kubokda mübarizəni dayandırması səbəb olub.
Xatırladaq ki, Ak, bir neçə həftə öncə istefa verən Abdullah Avcıdan sonra müvəqqəti olaraq onun səlahiyyətlərini yerinə yetirməyə başlamışdı. Lakin onun rəhbərliyi altındakı ilk oyunda qələbə qazanması klubun idarə heyətini bir qədər ümidləndirmişdi.Beləcə, onlar Akın bu mövsümün sonunadək baş məşqçi təyin olunmasına razılıq vermişdilər.
Orhan Ak bu komandanı cəmi 3 matça çıxarıb. Trabzon təmsilçisi bu görüşlərdə 1 qələbə qazanıb və 2 məğlubiyyətə üzülüb.
“Trabzonspor” bu mövsüm Super Liqada 44 xalla 5-cidir.