İspaniyanın “Malyorka” klubu yarımmüdafiəçisi Rodriqo Battalya ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu La Liqa təmsilçisini Braziliyanın “Atletiko Mineyro” klubuna dəyişib.
Mineyro təmsilçisi argentinalı oyunçuya görə İspaniya klubuna 800 min avro ödəyib. Tərəflər arasındakı müqavilə 2024-cü ilin 31 dekabrına kimi nəzərdə tutulub.
Battalya 2021-ci ilin yayından “Malyorka”da forma geyinirdi. Bu komandada 49 matça çıxmış futbolçu daha öncə “Sportinq” (Lissabon), “Moreyrense”, “Hurakan”, “Alaves”, “Rasinq”, “Rosario Sentral”, “Çaves” kimi klubların da şərəfini qoruyub. O, Argentina yığmasında da 2 oyun keçirib.