5 iyul 2026. Bazar günü

Ronaldonun klubunda yeni baş məşqçi


  • Transfer
  • 17:29 05.04.2023
  • Oxunma sayı: 110
Ronaldonun klubunda yeni baş məşqçi

Bir neçə gün əvvəl Xose Roxo Martinini istefaya göndərən "Valyadolid"in yeni baş məşqçisi müəyyənləşib.

Corner xəbər verir ki, bu barədə La Liqa klubunun saytı məlumat yayıb.

Komandanın "sükan"ı Paulo Pezzolanoya həvalə olunub. Onunla 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Otuz doqquz yaşlı mütəxəssisin son iş yeri ötən mövsüm İtaliya B seriyasını qazanan "Kruzeyro" olub.

Qeyd edək ki, "Valyadolid" hazırda La Liqanın turnir cədvəlində 28 xalla 16-cıdır.







Transfer