26 oktyabr 2024. Şənbə

Dünyanın ən dəyərli klubları açıqlandı


  • Transfer
  • 17:41 05.04.2023
  • Oxunma sayı: 120
Dünyanın ən dəyərli klubları açıqlandı

Futbolçuların transfer qiymətinə görə dünyanın ən dəyərli klublarının siyahısı bəlli olub.

Corner.az xəbər verir ki, "Transfermarkt"in açıqladığı siyahıya 15 klubun adı yer alıb.

Siyahıya İngiltərə "Mançester Siti"si 1,05 milyard avro ilə başçılıq edir. Ölkənin digər klubu "Çelsi" 1,02 milyard avro ilə ikinci, Almaniya "Bavariya"sı 979.70 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda "Arsenal" (İngiltərə, 890 milyon avro), PSJ (Fransa, 882.55), "Liverpul" (İngiltərə, 879), "Real Madrid" (İspaniya, 860.50), "Mançester Yunayted" (İngiltərə, 795.70), "Barselona" (İspaniya, 767), "Tottenhem" (İngiltərə, 680.30), "Napoli" (İtaliya, 629), "Borussiya" Dortmund (Almaniya 547.70), "Milan" (İtaliya, 547.25), "İnter" (İtaliya, 534.45) və "Nyukasl" (İngiltərə, 493.30) yer alıb.







Transfer