İspaniyanın “Espanyol” komandasının yeni baş məşqçisi bəlli olub. Corner.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Luis Qarsiya çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. İspan çalışdırıcı bu postda bir neçə gün öncə istefaya göndərilmiş Dieqo Martinesi əvəz edib.
Luis Qarsiya buna qədər İspaniyanın “İnternasional” (Madrid) komandasına rəhbərlik edib. O, 2022-ci ilin yayından çalışdırdığı bu komandadan məhz “Espanyol”dan aldığı təklifə görə ayrılıb.
Kataloniya təmsilçisi hazırda 27 xalla 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.