26 oktyabr 2024. Şənbə

Mahir Emreli'nin klubunda baş məşqçi dəyişikliyi


  • Transfer
  • 22:37 06.04.2023
  • Oxunma sayı: 80
Mahir Emreli'nin klubunda baş məşqçi dəyişikliyi
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu baş məşqçisi Ante Çaçiçlə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
69 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun istefasına Zaqreb təmsilçisinin son dövrlərdəki qeyri-sabit çıxışı səbəb olub. 27 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edən "Dinamo" son 5 matçda 2 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə ilə yadda qalıb.
 
Paytaxt klubu artıq yeni baş məşqçisini də açıqlayıb. Zaqreb təmsilçisinin "sükan"ı sabiq futbolçusu İqor Bişçana tapşırılıb . 44 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Bişçan hazırda Xorvatiyanın U-21 yığmasını da çalışdırır.
 
Xatırladaq ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli müqavilə ilə məhz “Dinamo”ya məxsusdur. 25 yaşlı forvard qış fasiləsində icarə əsasında Türkiyə "Konyaspor" komandasına keçib. 






Transfer