26 oktyabr 2024. Şənbə

Uruqvay millisinin baş məşqçisi açıqlandı


  • Transfer
  • 14:50 07.04.2023
  • Oxunma sayı: 84
Uruqvay millisinin baş məşqçisi açıqlandı
Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub. Corner.az xəbər verir ki, yığma komandanın "sükan"ı Marselo Byelsaya həvalə olunub. 
 
Məlumatı jurnalist Sesar Luis Merl yayıb. Onun sözlərinə görə, artıq tərəflər arasında razılıq əldə olunub. Mütəxəssisin təyinatı yaxın günlərdən rəsmən açıqlanacaq. 
 
Sözləşmənin müddəti DÇ-2026-nın sonuna qədər nəzərdə tutulub. O, komandaya uğur qazandıra bilsə, 67 yaşlı mütəxəssislə müqavilənin müddəti artırılacaq.
 
Xatırladaq ki, Byelsanın sonuncu iş yeri İngiltərənin “Lids” klubu olub. Argentinalı 2018-ci ildən çalışdırdığı Premyer Liqa təmsilçisindən ayrılandan bəri - 2022-ci ilin fevralından işsizdir.






Transfer