26 oktyabr 2024. Şənbə

Barselona Messi üçün La Liqa rəhbərliyi ilə görüşəcək


  • Transfer
  • 15:16 07.04.2023
  • Oxunma sayı: 97
Barselona Messi üçün La Liqa rəhbərliyi ilə görüşəcək
“Barselona” Lionel Messini qaytarmaqda israrını davam etdirir. Corner.az saytı xəbər verir ki, kataloniyalılar ulduz oyunçunun keçidində problem yaşamamaq üçün danışıqları intensivləşdirib.
 
Rəhbərliyin gələn həftə La Liqa rəsmiləri ilə də görüşəcəyi gözlənilir. Klub maaşları La Liqanın gələn mövsüm üçün təyin etdiyi limitə endirmək üçün iqtisadi planlarını təqdim edəcək. Onların fikirincə təklif edilən plandan sonra çempionatın təşkilatçıları 36 yaşlı forvardın keçidini həll etməyə razılıq verəcək. 
 
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2021-ci ildən PSJ-nin formasını geyinir.






Transfer