- Transfer
- 18:40 23.11.2024
Fransanın PSG klubu futbolçusu Neymarla bağlı qərarını verib.
Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi sərfəli təklif gələcəyi təqdirdə, 27 yaşlı futbolçunun klubdan ayrılmasına icazə verəcək.Məsələylə bağlı açıqlama verən klubun prezidenti Nasser Əl-Xələfi, verdiyi açıqlamada bunları deyib:“Artıq daha çox superstar kaprizi görmək istəmirəm. Mənə çox çalışan futbolçu lazımdır. Buna razı deyillərsə, qapı açıqdır”.
Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsüm Paris klubunun heyətində iştirak etdiyi 28 oyunda 23 qol, 13 məhsuldar ötürmə edib.