6 oktyabr 2026. Çərşənbə axşamı

Mançester Siti'nin sabiq futbolçusu Turan Tovuz'da


  • Transfer
  • 18:59 08.04.2023
  • Oxunma sayı: 112
Mançester Siti'nin sabiq futbolçusu Turan Tovuz'da
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, qərb təmsilçisi qanalı yarımmüdafiəçi Divayn Naanı transfer edib.
 
27 yaşlı oyunçu ilə 3 ay + 1 il müddətinə rəsmi müqavilə imzalanıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.
 
Divayn Naa daha əvvəl İngiltərənin "Mançester Siti", Norveçin "Strömqodset", Niderlandın "Breda", Danimarkanın "Nordsyelland", Osveçin "Örebro" (İsveç), Belçikanın "Tubiz", İsrailin "Hapoel" (Raanana) və Maltanın "Mosta" komandalarının formasını geyinib. Onun son klubu Litva "Jalgiris"i olub.






Transfer