26 oktyabr 2024. Şənbə

Kərim Benzema karyerası ilə bağlı qərarını verdi


  • Transfer
  • 17:24 10.04.2023
  • Oxunma sayı: 95
Kərim Benzema karyerası ilə bağlı qərarını verdi

"Real Madrid"in futbolçusu Kərim Benzema karyerası ilə bağlı qərarını verib.

Corner.az-ın "Marca"ya istinadən məlumatına görə, 35 yaşlı hücumçu "kral klubu"nda qalmaq istəyir.

Səudiyyə Ərəbistanından aldığı təklifləri qəbul etməyən fransalı futbolçu daha bir il Madrid təmsilçisinin uğurları üçün çalışmaq niyyətindədir.

Qeyd edək ki, Kərim Benzemanın "Real Madrid"lə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatacaq. La Liqa təmsilçisində 14-cü mövsümünü keçirən hücumçu bu komanda ilə 24 kubok qazanıb.







Transfer