26 oktyabr 2024. Şənbə

Premyer Liqa klubları Ozan Canın qardaşını istəyir


  • Transfer
  • 09:29 11.04.2023
  • Oxunma sayı: 86
Premyer Liqa klubları Ozan Canın qardaşını istəyir
Türkiyə millisinin və “Feyenoord”un futbolçusu Orkun Kökçü karyerasını İngiltərədə davam etdirə bilər. Corner.az xəbər verir ki, Premyer Liqada mübarizə aparan 6 klubun onun xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
22 yaşlı yarımmüdafiəçini istəyən klublar arasında “Mançester Yunayted” və “Tottenhem” də var. Eyni zamanda “Brayton”, “Lester Siti”, “Vest Hem” və “Brentford” da türkiyəli oyunçu ilə yaxından maraqlanırlar.
 
Xatırladaq ki, karyerası ərzində yalnız “Feyenoord”da forma geyinmiş Orkun Kökçü bu mövsüm 38 oyuna çıxıb, 12 qol və 4 ötürmə edib. Orkunun Niderland klubu ilə 2025-ci ilin yayına qədər müqaviləsi var. Gənc futbolçunun dəyəri isə 30 milyon avrodu.
 
Orkunun qardaşı Ozan Can Kökçü də Azərbaycan millisinin çıxış edir.






Transfer