26 oktyabr 2024. Şənbə

Murad Musayev Rubin'in təklifini rədd etdi


  • Transfer
  • 12:14 11.04.2023
  • Oxunma sayı: 81
Murad Musayev Rubin'in təklifini rədd etdi
Rusiya Milli Futbol Liqasında (FNL) ikinci pillədə qərarlaşan “Rubin”in son 4 oyunda heç-heçə etməsi baş məşqçi Yuri Utkulbayevin istefasını gündəmə gətirib. Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyən kazanlılar komandadakı enişin qarşısını almaq üçün baş məşqçi dəyişikliyini planlaşdırır.
 
Aşağı liqa təmsilçisi vaxt itirmədən bir neçə mütəxəssisə təklif göndərib ki, onlar arasında “Sabah”ın çalışdırıcısı Murad Musayev də olub.
Lakin 40 yaşlı məşqçi danışıq aparmağa ehtiyac duymayıb və dərhal təklifi rədd edib. Musayev mövsümün gedişində “Sabah”ı tərk etməyi düşünmədiyini bildirib.
 
Qeyd edək ki, Murad Musayevin “Sabah”la müqavilə müddəti gələn ilin yayına qədərdi.






Transfer