“Torino” “Qarabağ”ın hücumçusu Musa Qurbanlının transferində israrını davam etdrir.Corner.a-ın yerli mətbuata istinadən məlumatına görə, İtaliya klubunun idman direktoru Davide Vaqnat 21 yaşlı forvardın keçidi ilə şəxsən özü məşğul olur.
Tanınmamış oyunçuları kəşf etməklə məşhurlaşan Vaqnat indi də gözünü millimizin üzvünə dikib. Turin təmsilçisində skautlara rəhbərlik edən idman direktoru Qurbanlının çıxışını diqqətdə saxlayır.
Ağdam klubunun forvardının məhsuldarlığı qol yollarında sıxıntı yaşayan A seriyası təmsilçisi üçün göydəndüşmə sayılır. Musa bu mövsüm Premyer Liqada 20 qol vurub və hazırda bombardirlər siyahısına başçılıq edir.
Qeyd edək ki, gənc oyunçunun “Qarabağ”la müqaviləsi 2026-cı ilə qədərdi.