1 aprel 2026. Çərşənbə

Borussiya'da yeni müqavilə


  • Transfer
  • 12:27 12.04.2023
  • Oxunma sayı: 98
Borussiya'da yeni müqavilə
Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Yulian Brandtla müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilə gələn mövsümün sonunda bitəcəkdi.
 
Brandt 2019-cu ildən formasını geyindiyi “Borussiya”da 162 oyuna çıxıb. Almaniya millisinin üzvü bu görüşlərdə 29 qol vurub, 30 assist müəllifi olub.






Transfer