“Barselona” müdafiəçisi Aleks Balde ilə müqavilənin müddətini 2027-ci ilə qədər uzadacaq. Corner.az “Diario Sport”a istinadən xəbər verir ki, tərəflər yeni anlaşma ilə bağlı razılığa gəliblər.
20 yaşlı futbolçunun sərbəst qalma məbləği isə 1 milyard avro olacaq. İspan oyunçu klub rəhbərliyindən yeni mövsümdən əsas heyətin oyunçusu sayılacağı zəmanətini də aldığı vurğulanıb..
Aleks Balde bu mövsüm La Liqada 23 oyunda 5 məhsuldar ötürmə verib.