"Qarabağ”ın hücumçusu Musa Qurbanlının “Torino”ya transferi hələ də diqqət mərkəzindədir. Corner.az-n İtaliya mətbuatına istinadən məlumatına görə, A seriyası təmsilçisi mövsümün sonunda gənc oyunçunu heyətinə qatmaq üçün çalışmalarını davam etdirir.
21 yaşlı oyunçunun transfer qiyməti də artıq bəllidi. Bildirilib ki, millimizin hücumçusunun keçidi 5 milyon avroya başa gələ bilər. Bu məsələdə son qərarı baş məşqçi İvan Yuriç verəcək. Xorvatiyalı mütəxəssis müsbət rəy verdiyi təqdirdə, Turin təmsilçisi keçid üçün “Qarabağ”la rəsmi danışıqlara başlayacaq.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 20 qolla bombardirlər yarışına başçılıq edən Musa Qurbanlının “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdi.