23 dekabr 2025. Çərşənbə axşamı

Arda Turan baş məşqçi oldu


  • Transfer
  • 17:14 14.04.2023
  • Oxunma sayı: 113
Arda Turan baş məşqçi oldu
Türkiyə millisinin sabiq futbolçusu Arda Turan məşqçilik karyerasına başlayıb. Corner.az saytı xəbər verir ki, 36 yaşlı sabiq yarımmüdafiəçi TFF I liqasında fəaliyyət göstərəcək.
 
“Barselona”, “Atletiko” və “Qalatasaray”da çıxış etmiş keçmiş oyunçusu “Eyüpspor”la anlaşıb. Klub rəhbərliyi ilə Turan arasında aparılan danışıqlar müsbət nəticələnib və o, komandanın baş məşqçisi kimi çalışmağa razılıq verib. 
 
Onun aprelin 16-da “Göztepe” ilə keçiriləcək çempionat matçında komandanın "sükanı arxası"nda olması gözlənilir.






Transfer