İngiltərənin "Brayton" klubunun yarımmüdafiəçisi Aleksis Makallister mövsümün sonunda klubdan ayrılacaq. Corner.az xəbər verir ki, bunu 24 yaşlı futbolçunun atası Karlos Makallister Britaniya mətbuatına açıqlamasında deyib.
“Düşünürəm ki, o, növbəti transfer pəncərəsində klubunu dəyişəcək. Onun konkret olaraq hara gedəcəyini hələ bilmirik. Ümumiyyətlə, danışıqlar yeni başlayıb. Çox güman ki, Aleksis iyuldan başqa komandada oynayacaq”.
Argentinalı futbolçunun xidmətində “Arsenal”, “Mançester Yunayted” və “Liverpul” klubları maraqlıdır. “Brayton” son dünya çempionunun satışından 60 milyon avrodan çox gəlir əldə etməyi düşünür.