“Sevilya”nın sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni iş yeri müəyyənləşib. Corner.az xəbər verir ki, argentinalı mütəxəssis yenidən Braziliyada çalışacaq.
“Flamenqo”nun "sükan"ı 63 yaşlı mütəxəssisə tapşırılıb. “Santos” və “Atletiko Mineyro”da çalışmış Sampaolinin braziliyalılarla müqaviləsi 2024-cü ilin dekabrına qədər nəzərdə tutulub.
O, aprelin 10-da istefaya göndərilən portuqaliyalı çalışdırıcı Vitor Pereyranı əvəzləyib.
Qeyd edək ki, Xorxe Sampaoli martda “Sevilya”dan qovulub.