1 oktyabr 2026. Cümə axşamı

Sabah'dan daha bir transfer


  • Transfer
  • 14:55 18.06.2019
  • Oxunma sayı: 481
Sabah'dan daha bir transfer

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sabah" daha bir futbolçunu heyətinə cəlb edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Məhəmməd Mirzəbəyov bundan sonra paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin uğurları üçün çalışmış futbolçunun son komandası “Neftçi” olub.

Mirzəbəyov Azərbaycan millisində 18 oyun keçirib.

Xatırladaq ki, Məhəmməd “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanmışdı.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir