26 oktyabr 2024. Şənbə

Bundesliqa klubunda baş məşqçi dəyişikliyi


  • Transfer
  • 16:44 17.04.2023
  • Oxunma sayı: 79
Bundesliqa klubunda baş məşqçi dəyişikliyi
“Şalke”yə böyük hesablı səfər məğlubiyyətdən (2:5) sonra “Herta” baş məşqçisi ilə vidalaşıb. Corner.az xəbər verir ki, klubun mətbuat xidməti Sandro Şvartsın istefaya göndərildiyini diqqətə çatdırıb.
 
44 yaşlı Şvartsı Pal Dardai əvəzləyib. Macar mütəxəssis, artıq iki dəfə (2015-2019; 2021-ci il yanvar-noyabr aralığı) Berlin komandasını çalışdırıb.
 
47 yaşlı çalışdırıcı "Herta" ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.
 
“Herta” növbəti matçını aprelin 22-də “Verder”ə qarşı keçirəcək. Berlinlilər hazırda Bundesliqa turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb






Transfer