23 dekabr 2025. Çərşənbə axşamı

La Liqa klubu Alveslə vidalaşdı


  • Transfer
  • 09:10 18.04.2023
  • Oxunma sayı: 108
La Liqa klubu Alveslə vidalaşdı
İspaniyaın “Selta” klubu qapıçısı Dieqo Alveslə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
37 yaşlı qolkiperlə müqaviləyə xitam verilib. Buna braziliyalı futbolçunun xroniki zədədən əziyyət çəkməsi səbəb olub.
 
Alves “Selta”ya bu ilin fevralında azad agent kimi transfer edilmişdi. Lakin o, zədə səbəbindən bu komandada debüt şansı qazanmayıb. O, daha öncə “Atletiko Mineyro”, “Almeriya”, “Valensiya” və “Flamenqo” kimi komandaların uğurları üçün çalışıb, Braziliya yığmasında 10 oyuna çıxıb.






Transfer