26 oktyabr 2024. Şənbə

Tottenhem'in yeni baş məşqçisi bəlli oldu


  • Transfer
  • 09:14 18.04.2023
  • Oxunma sayı: 85
Tottenhem'in yeni baş məşqçisi bəlli oldu
“Tottenhem” yeni baş məşqçisini müəyyənləşdirib. Corner.az saytı xəbər verir ki, London klubu bu postu Luis Enrikeyə həvalə etmək niyyətindədi.

Martın sonunda Antonio Konteni istefaya göndərən İngiltərə klubu mövsümün sonuna qədər müvəqqəti baş məşqçi təyin italiyalı Kristian Stellini isə ispan çalışdırıcının köməkçisi etməyi planlaşdırır.

Luis Enrikenin “Çelsi”nin ilk təklifini qəbul etməməsi “Tottenhem” rəhbərliyini bu keçidin baş tutmasını bir qədər də sürətləndirib. Paytaxt təmsilçisi yaxın günlərdə 52 yaşlı mütəxəssis ilə rəsmi danışıqlara başlayacaq.
 
Qeyd edək ki, Luis Enrike son iş yeri olan İspaniya millisindən ötən ilin dekabrında ayrılıb.






Transfer