“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan yenidən Kriştiano Ronaldonun baş məşqçisi ola bilər. Corner.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” rəhbərliyi fransalı mütəxəssisə 2 illik müqavilə təklif edib.
50 yaşlı çalışdırıcı bunu qəbul etsə, illik məvacibi 60 milyon avro olacaq. Ancaq o, hələlik bu təklifə cavabını verməyib.
Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”a rəhbərlik edib.