Qleyzer ailəsi “Mançester Yunayted”in sahibləri olaraq qala bilər. Corner.az saytı xəbər verir ki, amerikalı biznesmenlər “qırmızı şeytanlar”ın əvvəlki əzəmətini qaytarmaq niyyətindədilər.
Coel və Avram Qleyzer “Mançester Yunayted”in sahibləri kimi qalacaqlarına əmindilər. Onlar növbəti onillikdə komandanın dəyərini ikiqat artırmağa kömək edəcək kənar investisiyalar cəlb edəcəklər. Buna səbəbdən də, Qleyzer ailəsi “Mançester Yunayted”i satmaqdan imtina etdiyi bildirilir.
Qeyd edək ki, Qleyzer ailəsi 2005-ci ildən “Mançester Yunayted”ə rəhbərlik edir.