10 aprel 2026. Cümə

Mourinyo Braziliya millisində?


  • Transfer
  • 09:27 18.04.2023
  • Oxunma sayı: 119
Mourinyo Braziliya millisində?
“Roma”nın baş məşqçisi Joze Mourinyo Braziliya millisinin baş məşqçisi postuna əsas namizədlərdən biridi. Corner.az xəbər verir ki, buna səbəb “Real”ın çalışdırıcısı Karlo Ançelotti hələ də konkret cavabını verməməsi olub.
 
Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriges daha çox italiyalıya üstünlük verdiyi üçün mövsümün həlledici mərhələsində danışıq aparmaq fikrində olmadığını bildirib. Ançelotti isə “Real”da qalmaq niyyətindədi.
 
Bu səbəbdən də braziliyalılar Mourinyo ilə danışığa başlamağı nəzərdən keçirir. Portuqaliyalı xarakterinə və dil biliyinə görə CBF üçün maraqlıdı. Digər alternativlər isə Xorxe Xesus (“Fənərbaxça”) və Abel Ferreyradı (“Palmeyras”).
 






Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”