“Union Berlin”in yarımmüdafiəçisi Rani Xedira klubla müqaviləsinin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı futbolçu ilə yeni sözləşmə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Xedira cari mövsümdə Bundesliqa klubunun heyətində bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol da vurub.