26 oktyabr 2024. Şənbə

Stiven Cerard Yunanıstan klubunda?


  • Transfer
  • 12:32 19.04.2023
  • Oxunma sayı: 71
Stiven Cerard Yunanıstan klubunda?
“Liverpul”un və İngiltərə millisinin əfsanəsi Stiven Cerardın yeni iş yeri Yunanıstan ola bilər. Corner.az xəbər verir ki, 42 yaşlı çalışdırıcı “Olimpiakos”un baş məşqçisinə namizədlər siyahısında yer alır.
 
Agentlər klubun ingilis məşqçinin xidmətində maraqlı olduğunu bildirir. Hazırda onunla yanaşı “Milan”, “Napoli” və “Valensiya”nın sabiq baş məşqçisi Cennaro Qattuzonun da əsas namizədlərdən biri hesab olunduğu vurğulanıb. 
 
“Olimpiakos”un sahibi ilə Cerrard arasında yaxşı münasibət olduğu və bu təyinatda rol oynaya biləcəyi qeyd edilir.  
Cerardın son iş yeri 2022-ci ilin oktyabrında tərk etdiyi “Aston Villa” olub.
 
“Olimpiakos” bu mövsüm Yunanıstan liqasında üçüncüdür. Komanda 30 oyunda 63 xal toplayıb və lider AEK və “Panatinaikos”dan 6 xal geri qalır.






Transfer