26 oktyabr 2024. Şənbə

Super Liqa klubunda yeni baş məşqçi


  • Transfer
  • 12:45 21.04.2023
  • Oxunma sayı: 62
Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Ümraniyəspor” komandasının yeni baş məşqçisi bəlli olub. Corner.az xəbər verir ki, sözügedən komandanın "sükan"ı Mustafa Er tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Recep Uçarı əvəz edib.
 
Er son olaraq “Bursaspor”da baş məşqçi olub. O, 2022-ci ilin yayından işsiz idi.
 
Bu mövsüm Super Liqada 23 xal toplamış “Ümraniyəspor” 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.







Transfer