26 oktyabr 2024. Şənbə

Vaqif Cavadov Sumqayıt-2'nin baş məşqçisi təyin olundu


  • Transfer
  • 20:04 21.04.2023
  • Oxunma sayı: 80
Vaqif Cavadov Sumqayıt-2'nin baş məşqçisi təyin olundu
"Sumqayıt”ın U-19 komandasının baş məşqçisi Vaqif Cavadov “Sumqayıt-2”-nin baş məşqçisi təyin olunub. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Cavadovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
2016-cı ildə futbolçu kimi “Sumqayıt”ın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandanın baş məşqçisi postunda keçirdiyi 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.






Transfer