26 oktyabr 2024. Şənbə

Liverpul'un hücumçusu Barselona'da?


  • Transfer
  • 18:46 22.04.2023
  • Oxunma sayı: 92
Liverpul'un hücumçusu Barselona'da?
Mövsümün sonunda "Liverpul”dan ayrılacağı gözlənilən hücumçu Roberto Firmino karyerasını İspaniyada davam etdirə bilər. Corner.az saytı xəbər verir ki,  31 yaşlı forvard “Barselona”ya keçməyə yaxındı.
 
Braziliyalı futbolçunun pulsuz transferə razı olduğu bildirilib.  Müqaviləsi mövsümün sonunda başa çatacaq təcrübəli oyunçu yayda azad agent statusu ilə İspaniya klubuna keçəcək. Onunla "Qalatasaray", “Real” və “Roma” klublarının da maraqlandığı iddia olunur.
 
Qeyd edək ki, Roberto Firmino 2015-ci ildən “Liverpul”un formasını geyinir.






Transfer