"Çelsi” maliyyə feyr-pley qaydalarına riayət etmək üçün bir sıra futbolçularını göndərməyə hazırlaşır. Corner.az saytı xəbər verir ki, 2022-23 mövsümündə 600 milyon funt-sterlinqdən çox oyunçu transferinə xərc çəkən London təmsilçisi vəziyyəti balanslaşdırmağı planlaşdırır.
Rəhbərlik Kristian Pulişiç, Hakim Ziyeş, Kalidu Kulibali, Ruben Loftus-Çik, Konor Qallaxer, Romelu Lukaku və Pyerr-Emerik Obameyanqı satmaq və icarəyə vermək variantını nəzərdən keçirir. Həmçinin “Liverpul”, “Mançester Yunayted” və “Nyukasl”ın maraq dairəsində olan Meyson Mauntu da satmaq istəyir
"Zadəganlar" oyunçularını 30 iyun tarixinə qədər satmağa məcburdu ki, bu satış onların 2022-23 maliyyə hesabatına daxil ola bilsin. Rəqibləri isə bu problemdən xəbərdar olduqları üçün oyunçuların qiymətini aşağı salmaqla onları ucuz qiymətə transfer etməyə çalışırlar.
Qeyd edək ki, “Çelsi” 31 oyundan 39 xalla Premyer Liqada 11-ci pillədə qərarlaşıb.