PSJ-nin hücumçusu Lionel Messi mövsümün sonunda “Barselona”ya qayıda bilər. Corner.az xəbər verir ki, argentinalı futbolçunun ən yaxınlarından olan Pepe Kosta ilə birlikdə Barselona hava limanında görüntülənib.
Ailəsinin yanında olduğu 35 yaşlı forvard özü ilə 15 çemodan götürüb. Bu addımın isə onun doğma şəhərinə köçməsi ilə əlaqələndirilib. Kataloniyalılara yaxınlığı ilə tanınan jurnalist Jerard Romero canlı yayımda Messinin sabiq klubuna qayıdacağını və addım addım buna doğru irəlilədiyini bildirib.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2021-ci ildə PSJ-yə keçib.