İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə “Nyukasl”a böyükhesabla uduzan “Tottenhem”də müvəqqəti baş məşqçi Kristian Stellini istefaya göndərilib.
Corner.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Onu mövsümün sonuna kimi Rayan Meysonun əvəz edəcəyi açıqlanıb.
Xatırladaq ki, Stellini Antonio Kontenin istefaya göndərilməsindən sonra “Tottenhem”in müvəqqəti baş məşqçisi təyin edilmişdi.
“Tottenhem” 32 oyuna topladığı 53 xalla 5-ci pillədə qərarlaşıb.