Portuqaliyanın “Portu” klubu müdafiəçisi Pepe ilə yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, 40 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.
Təcrübəli oyunçunun əvvəlki müqaviləsi bu mövsümün sonunda başa çatırdı. Klub prezidenti Pinto da Kosta yeni müqavilə barədə maraqlı açıqlama verib. O, bunları söyləyib:
“Bu, Pepenin sonuncu müqaviləsi olmaya bilər. 40 yaşlı futbolçu ilə müqavilənin yenilənməsi mümkünsüz görünürdü. Amma mümkünsüz deyil”.
Uzun illər Madrid “Real”ında oynadıqdan sonra “Beşiktaş”da çıxış edən Pepe, bu mövsüm “Portu”da 28 oyuna çıxıb, 2275 dəqiqə meydanda olub.