“Çelsi” rəhbərliyi yeni mövsüm üçün baş məşqçi problemini həll edib. Corner.az Britaniya mediasına istinadən xəbər verir ki, London təmsilçisi argentinalı mütəxəssis Maurisio Poçettino ilə razılığa gəlib.
Tərəflər arasında dünən baş tutan görüşdə növbəti danışıqlardan sonra müqavilə imzalamağa yaxın olduqları vurğulanıb.
Qeyd edək ki, son olaraq PSJ-ni çalışdıran 51 yaşlı mütəxəssis İngiltərədə “Tottenhem”ə rəhbərlik edib.