“Mançester Siti”nin müdafiəçisi Emerik Laport karyerasını İspaniyada davam etdirə bilər. Corner.az “Footmercato”ya istinadən xəbər verir ki, 28 yaşlı oyunçunun xidmətində “Barselona” klubu maraqladır.
“Şəhərlilər” isə ispan oyunçunu “Leypsiq”in xorvatiyalı müdafiəçisi Josko Quardiol ilə əvəzləmək niyyətindədir. İngiltərə nəhəngi xorvatiyalının transferi üçün Bundesliqa klubuna 110 milyon avro təklif etməyə hazırdır.
Laport bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 19 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Onun “şəhərlilər”lə müqaviləsi 2025-ci ilə qədərdir.