PSJ-nin hücumçusu Kilian Mbappe Madrid “Real”ının prezidenti Florentino Peresdən üzr istədiyi iddia olunub. Corner.az xəbər verir ki, bu iddianı jurnalist Ramon Alvarez “Twitter” hesabında yazıb.
Bir müddət əvvəl La Liqa nəhənginə keçmək istədiyini bildirən fransalı forvard sonradan fikrini dəyişərəl, PSJ ilə müqaviləsinin müddətini artırıb. Peres isə hücumçunun bu qərarından narazı qaldığını bildirib.
2022-ci ilin payızında Mbappenin yenidən fikrini dəyişdiyi və “Real”a keçməyə qərar verdiyi barədə məlumatlar ortaya çıxdı. Mətbuatda fransalının daha əvvəl etdiyi hərəkətə görə ictimaiyyət qarşısında üzr istəməli olacağı xəbəri yayılıb.