“Mançester Yunayted” “Tottenhem”in hücumçusu Harri Keyn üçün müqavilə təklifi hazırlayıb. Corner.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” London klubunun forvardına həftədə təxminən 300 min funt-sterlinq və qarşı tərəfə 100 milyon avro təzminat ödəməyə hazır olduğunu bildirib.
29 yaşlı futbolçunun isə hələ də londonlularla gələn ilin yayında başa çatacaq sözləşməni uzatmaq üçün danışıqları davam etdirdiyi vurğulanıb. İngiltərə millisinin üzvü cari mövsüm başa çatdıqdan sonra isə digər təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Harri Keyn 2011-ci ildən “Tottenhem”də çıxış edir. O, həm klub, həm də İngiltərə yığması tarixinin ən məhsuldar futbolçusudur.