Hummels Borussia'ya qayıtdı - RƏSMİ
-
Transfer
-
18:43 19.06.2019
-
Oxunma sayı: 488
Bavariya'dan ayrılan Mats Hummels sabiq komandası "Borussiya"ya qayıdıb.
Corner.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.Məlumatda, 30 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.Almaniyalı futbolçu yeni klubunda ilinə 10 milyon avro qazanacaq.“Borussiya” Hummelsə görə “Bavariya”ya 38 milyon avro təzminat ödəyib.Qeyd edək ki, Hummels 2008-2016-cı illərdə də “Borussiya”da çıxış edib