“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante mövsümün sonunda komandadan ayrılacaq. Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını “Arsenal”da davam etdirəcək.
Belə ki, paytaxt Londonu fransa oyunçu ilə 2 illik müqavilədə ortaq məxrəcə gəldiyi vurğulanıb. Kantenin “Çelsi” ilə sözləşməsi yayda başa çatdığından, yeni komandasına azad agent kimi keçəcək.
Qeyd edək ki, Nqolo Kante 2016-cı ildən “Çelsi”nin formasını geyinir.