1 aprel 2026. Çərşənbə

Barselona'nın 2 futbolçusu maaşının azaldılmasından imtina etdi


  • Transfer
  • 20:53 26.04.2023
  • Oxunma sayı: 117
Barselona'nın 2 futbolçusu maaşının azaldılmasından imtina etdi
"Barselona”nın müdafiəçisi Andreas Kristensen və yarımmüdafiəçisi Frank Kessye klubun maaşlarını azaltmaq təklifindən imtina ediblər. Corner.az saytı xəbər verir ki, sözügedən futbolçular klubun maddi problemlərindən xəbərləri olsa da belə buna imza atmaq fikrində deyillər.

27 yaşlı Kristensen zədə səbəbindən La Liqanın liderinin 12 matçını buraxıb. 26 yaşlı Kessye isə iştirak etdiyi 37 görüşdə 3 qol vurub, 3 assist edib.

Qeyd edək ki, hər iki futbolçunun “Barsa” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdi.






Transfer